Ermənistanın Sünik bölgəsinin bir qrup sakini Baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq etiraz mitinqi keçirirlər.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər tezdən bir qrup Sünik sakini Paşinyanın kortejini dayandırmaq istəyiblər. Bunun üçün onlar “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar. Lakin polis bu cəhdin qarşısını alıb.
“Qərarımız Paşinyanın Sünikə girməsinə icazə verməmək üçün Sünik Qapısına çatmaqdır”,- deyə etirazçılardan biri qeyd edib.
Qeyd edək ki, daha əvvəl Paşinyan Sünik bölgəsinə - Mehri, Qafan, Gorus, Sisian şəhərlərinə səfər edəcəyini açıqlamışdı.
Bundan sonra isə Gorus şəhərinin meri Aruş Aruşanyan sakinləri Nikol Paşinyanın Sünikə gəlişinə mane olmağa səsləmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
10:01 / 21.12.2020
Etirazçılar Paşinyanın kortejini dayandırmaq istədilər
Hazırda oxunan: Etirazçılar Paşinyanın kortejini dayandırmaq istədilər
Hazırda oxunan: Etirazçılar Paşinyanın kortejini dayandırmaq istədilər
5832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.