Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qadınların Ermənistan Silahlı Qüvvələrində xidmətə cəlb edilməsini strateji zərurət adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
“Fərqli ölkələrdə aparılan tədqiqatlar göstərir ki, kişi və qadınların orduda proporsional şəkildə iştirak etməsi bu strukturu effektiv edir və mürəkkəb məsələlərin həllində daha uğurlu olmasına səbəb olur”, — deyə Qriqoryan bildirib.
O qeyd edib ki, Ermənistan hökuməti qadınların Silahlı Qüvvələrə cəlb olunması və onlar üçün daha əlverişli şərait yaradılması istiqamətində ardıcıl addımlar atır.
“Vacib nümunə — qadınların könüllü 6 aylıq hərbi xidmətə çağırılmasıdır. Bu, 18–27 yaş arası qadınlara hərbi hazırlıq keçmək və xidmətin uğurla başa çatdırılması halında təxminən 2500 avro məbləğində ödəniş almaq imkanı yaradır”, — deyə Qriqoryan əlavə edib.
Xatırladaq ki, Ermənistanda “qadın vətəndaşlar üçün könüllü əsasda məcburi hərbi xidmət sistemi” tətbiq olunub. Qadınlar üçün xidmət müddəti 6 aydır. Könüllülər çağırış gününə qədər xidmətdən imtina edə bilirlər. Çağırışdan sonra isə xidmət növbəti yarım il ərzində məcburi olur.
Altı aylıq hazırlıq müddəti tamamlandıqdan sonra və ya səhhətə görə vaxtından əvvəl tərxis olunduqda qadınlara tam xidmət edənlər üçün 1 milyon dram (təxminən 2,5 min dollar) həcmində ödəniş veriləcək. Vaxtından əvvəl tərxisdə isə bu məbləğ 6 aya bölünərək faktiki xidmət olunan ayların sayına vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
Region
12:50 / 27.11.2025
Ermənistanda qadınlar niyə hərbi xidmətə çağırılır? – SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Ermənistanda qadınlar niyə hərbi xidmətə çağırılır? – SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Ermənistanda qadınlar niyə hərbi xidmətə çağırılır? – SƏBƏBİ AÇIQLANDI
582659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































