“Topol” və “İskander” raket komplekslərinin buraxılış qurğularının baş konstruktorlarından biri Valerian Sobolev Volqoqrad şəhərində 87 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı konstruktorun ailə dostuna istinadən RİA “Novosti” yayıb.
Valerian Sobolev 1938-ci ildə Stalinqradda (indiki Volqoqrad) anadan olub. O, Stalinqrad Mexaniki İnstitutunu bitirib. Daha sonra Volqoqrad Traktor Zavodunda, ardınca isə “Barrikada” adlı qazma avadanlıqları zavodunda çalışıb və burada mühəndisdən baş konstruktoradək yüksəlib.
1990-cı illərin əvvəlində o, “Titan” Mərkəzi Konstruktor Bürosunu yaradıb, paralel olaraq Volqoqrad vilayəti administrasiyasında sədr müavini kimi dövlət qulluğunda fəaliyyət göstərib. 1990-cı illərin ortalarından etibarən elmi-təriqiqat və istehsalat şirkətlərində işləyib.
Sobolevin mühəndislik fəaliyyətinə “Temp-2S”, “Pioner” və onların müxtəlif modifikasiyaları da daxil olmaqla bir sıra qitələrarası ballistik raket komplekslərinin buraxılış qurğularının hazırlanması daxildir.
Valerian Sobolev texnika elmləri doktoru, professor, 100-dən artıq elmi işin müəllifi və çoxsaylı ixtiraların patent sahibidir. O, SSRİ Dövlət Mükafatı və Lenin Mükafatının laureatı olub, həmçinin “Əmək Qırmızı Bayraq” ordeni ilə təltif edilib.
Bizim.Media
































































































