Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

582447

Ermənistanda parlament seçkiləri yaxınlaşır. Növbəti il iyun ayının 7-də keçiriləcək parlament seçkiləri rəsmi İrəvan üçün həm də həlledici xarakter daşıyır.
 

Hazırda Nikol Paşinyanın əsas rəqibləri isə eks prezidentlər Robert Köçəryan və Serj Sarkisyan hesab edilir. Seçkilər yaxınlaşdıqca Sarkisyanın ölkədən çıxışına qadağa qoyulması və Robert Köçəryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunması da təsadüf kimi görünmür.


Bəs sözügedən həlledici seçkilərdə xalq kimi dəstəkləyəcək? Ermənistan müxalifəti Nikol Paşinyan üçün hansısa təhdid yarada bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan erməni ekspert və fəal İşxan Verdyan bildirib ki, Ermənistan ciddi seçim qarşısındadır:

“Bu gün Ermənistan müxalifəti küncə sıxışdırılmış, ölümcül şəkildə yaralanmış bir yırtıcını xatırladır. Bu isə o deməkdir ki, onların hərəkət imkanları kəskin şəkildə məhdudlaşıb, lakin buna baxmayaraq, Nikol Paşinyana həlledici zərbə vurmağa cəhd göstərəcəklər.
 

Mövcud müxalifətin bütün spektri mahiyyət etibarilə Azərbaycan–Ermənistan münaqişəsi dövründə formalaşmış köhnə elitaların qalıqlarını təmsil edir. Onların siyasi səhnədən tamamilə yox olması təkcə siyasi tənəzzül deyil, həm də şəxsi fəlakət olacaq.


Çünki istər-istəməz sərvətlərinin mənbəyi, varlanma üsulları və ölkəni 2020-ci ilin fəlakətinə, 44 günlük müharibəyə necə sürüklədikləri barədə suallar ortaya çıxacaq”.

Verdyan hesab edir ki, müxalifətin hansı addım atmasından asılı olmayaraq xalqın əsas lideri məhz Paşinyandır:

“Buna görə də revanşist kiçik bir qrupun müxalifət kimi mövcudluğu bu gün Ermənistanının obyektiv reallığıdır. Ölkədə, əslində, başqa bir müxalifət yoxdur. Bu fonda Nikol Paşinyanın mövqeləri olduqca sabit görünür. Şübhəsiz ki, bu gün ictimai rəyin əsas daşıyıcısı məhz odur. Sabah seçkilər keçirilsə, Paşinyan inamlı qələbə qazanar”.

Erməni ekspert əlavə edib ki, Köçəryan və Sarkisyanın seçkidə iştirak etməsi də Paşinyanın xeyrinədir:

“Robert Köçəryan və Serj Sarkisyana gəldikdə isə onların siyasi mübarizədə yer alması belə Paşinyanın işinə yarayır. Keçmiş korrupsiya ilə yüklənmiş idarəetmə dövrü və köhnəlmiş yanaşmalar ilə kəskin ziddiyyət fonunda, əlbəttə ki, cəmiyyət mövcud Baş naziri üstün tutur, çünki keçmişə qayıtmaq istəmir”, - deyə İ.Verdyan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin