Rusiya Dövlət Dumasının qalmaqallı deputatı Vitali Milonovun Şengen vizası ləğv edilib və Aİ ölkələrinə girişinə qadağa qoyulub. Bu, Polşa hakimiyyətinin qərarı ilə edilib.
Bizim.Media “znak.com” saytına istinadən xəbər verir ki, vizanın ləğv edilməsi faktını Milonov Finlandiyaya səfəri zamanı öyrənib.
“Polşa tənqidimə görə məndən qisas aldı. Biz miqrantlar və Polşa haqqında film çəkmişik”.
Mənbə deputatın sözlərindən sitat gətirib.
Milonov əminliklə üzülmədiyini deyib:
“Mənim xüsusi münasibətdə olduğum ölkələr Şengen zonasına daxil deyil - Mərkəzi Afrika Respublikası, Ermənistan, Livan, Mali. Finlandiyadan başqa 200 il Avropaya getməmişəm”.
Qeyd edək ki, ermənipərəst mövqeyi ilə tanınan V.Milonov dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirib, xüsusən də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə bir neçə dəfə qanunsuz səfərlər edib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:09 / 01.02.2022
“Ermənilərin dostu” rusiyalı deputat Avropa İttifaqına gedə bilməyəcək – VİZASI BLOKLANDI
Hazırda oxunan: “Ermənilərin dostu” rusiyalı deputat Avropa İttifaqına gedə bilməyəcək – VİZASI BLOKLANDI
Hazırda oxunan: “Ermənilərin dostu” rusiyalı deputat Avropa İttifaqına gedə bilməyəcək – VİZASI BLOKLANDI
58132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.