Zelenski Ankaraya gəldi – Ərdoğanla görüşəcək – VİDEO

Hazırda oxunan: Zelenski Ankaraya gəldi – Ərdoğanla görüşəcək – VİDEO

581296

Ukrayna prezidenti Volodimir Zelenski ötən gecə Ankaraya gəlib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Mənbə qeyd edir ki, o, Türkiyə paytaxtında Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
 

Səfərlə bağlı Ukrayna prezidenti bildirib ki, iki lider “çox vacib söhbətlər” edəcək, öncəliklə “daha da böyük addımlar” üçün planlar qurulacaq.


Danışıqlarda Türkiyənin “sülh təşəbbüsü” çərçivəsində atılacaq addımlar, eləcə də atəşkəs və danışıqlar prosesi məsələləri nəzərdən keçiriləcək.

Zelenskinin sözlərinə görə, Ukrayna yüksək səviyyəli nümayəndə heyəti ilə Ankaradadır.
 

O, ABŞ ilə əlaqələrin vacibliyini də vurğulayaraq bildirib ki, Ankara görüşü “daha böyük beynəlxalq dəstəyi” gücləndirə bilər.


Zelenskinin fikrincə, Ukrayna üçün yaxın gələcəkdə “vacib qərarlar” qəbul ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin