“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Elison Hukker ilə baş nazir Nikol Paşinyan arasında bu gün keçirilən görüşün yekunlarına dair Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Marşrutun icrası üzrə işçi qrupuna ABŞ dövlət katibinin Rusiyaya və Mərkəzi Avropaya dair siyasətə nəzarət edən köməkçisinin müavini Sonata Kalter rəhbərlik edəcək.
Bundan əvvəl Kalter ABŞ-ın Rusiyadakı səfirliyində siyasi məsələlər üzrə müşavirin müavini vəzifəsini tutub.
Bizim.Media































































































