Tehranda avtobus sürücüsünün sərnişinlərlə mübahisə zamanı bıçaq çıxarması sosial şəbəkələrdə böyük rezonans yaradıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, hadisənin özəl şirkətə məxsus avtobusda baş verdiyi açıqlanıb.
Şirkət və Tehran Avtobus İdarəsi sürücünün saxlanıldığını, məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Bildirilib ki, münaqişə sərnişinin ön qapıdan düşmək istəməsinə sürücünün mane olması ilə başlayıb.
Rəsmi qurumlar belə halların nadir olduğunu və qaydanı pozan sürücü barəsində ciddi tədbirlər görüləcəyini deyib.
Bizizim.Media





























































































