Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştamına yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Qaribaşvili: “Türkiyə regionda çox vacib oyunçudur”
Məlumatda bildirilib ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.
Qeyd edək ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, virus əleyhinə tam peyvənd olunub.
Bizim.Media