Qalstanyanın həbs müddəti UZADILDI

Hazırda oxunan: Qalstanyanın həbs müddəti UZADILDI

580443

Ermənistan məhkəməsi arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.

Bizim.Media xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Qalstanyan “terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd”də ittiham olunur.

Onun həbsi daha əvvəl, avqust ayında da üç ay müddətinə uzadılmışdı.
 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin may ayından etibarən kilsəyə qarşı tədbirləri kəskin şəkildə artırıb. O, sosial şəbəkələrdə kilsə rəhbərləri barədə tənqidi paylaşımlar edib və katolikos seçkilərinin dövlətə tabe etdirilməsini təklif edib.


Bunun ardınca Ermənistanda bir neçə yüksək rütbəli kilsə nümayəndəsi, o cümlədən arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapaxyan, həmçinin kilsəni dəstəkləyən iş adamı Samvel Karapetyan həbs olunublar.

Onların hamısı hakimiyyətin devrilməsinə çağırışda ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin