Ermənistanda müxalif nəşrin jurnalisti TUTULDU

Hazırda oxunan: Ermənistanda müxalif nəşrin jurnalisti TUTULDU

580411

Ermənistanda müxalif yönümlü Antifake.am nəşrinin jurnalisti David Fidanyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı jurnalistin vəkili Ruben Melikyan yerli KİV-lərə açıqlayıb.

Vəkilin sözlərinə görə, Fidanyana ədalət mühakiməsinə maneə törətmək ittihamı irəli sürülüb.

Xatırladaq ki, bu gün səhər saatlarında hüquq-mühafizə orqanları Antifake.am redaksiyasında axtarış apararaq avadanlıqları müsadirə ediblər. Bundan öncə isə “İmnemnimi” adlı podkastın müəllifləri Vazgen Saqateliyan və Narek Samsonyan saxlanılmışdılar.

Qeyd edək ki, Narek Samsonyan həm də Antifake.am saytının həmtəsisçilərindən biridir. Sözügedən podkastın buraxılışları məhz bu redaksiyanın ofisində yazılırdı.

Saqateliyan və Samsonyan parlamentin spikeri Alen Simonyanın şikayəti əsasında xuliqanlıqda ittiham olunaraq saxlanılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin