"Dağlıq Qarabağla bağlı danışıqlarda heç bir şifahi razılaşma olmayıb".
Bizim.Media xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan ordu günündə harada gizlənib? - Ü.Cəfərov: “Ermənilər riskli zonalara qadınları yollayırlar”
Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın keçmiş rəhbərliyin danışıqlarda erməni tərəfinin ziyanına olan məsələlərə şifahi razılıq verməsi haqda iddiaları əsasızdır:
Eks-prezident N,Paşinyanın bütün açıqlamalarını, o cümlədən danışıqlar prosesi ilə bağlı tam məlumatı olduğunu deməsini təkəbbür, yalan və manipulyasiya adlandırıb.
"Nikol, sən yalançısan. Yalnız sənədləri oxumaqla danışıqlarla bağlı hər şeyi bilmək mümkün deyil", - deyə S.Sarkisyan əlavə edib.
Bizim.Media