Parlamentə gələn Paşinyan Alen Simonyanı danladı – ANBAAN VİDEO

Hazırda oxunan: Parlamentə gələn Paşinyan Alen Simonyanı danladı – ANBAAN VİDEO

580344

Ermənistanın baş naziri Nikol Paşinyan əsəbi şəkildə noutbukun qapağını bağlayaraq, parlament sədri Alen Simonyanı hökumətin 2026-cı il dövlət büdcəsinin müzakirəsinə başlanması üçün zəruri kvorumun təmin olunmamasına görə sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bu hadisənin görüntülərini 24news nəşri yayıb.

Məlumata görə, parlament iclası başlanmalı idi, lakin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından kifayət qədər deputat zalda olmadığından iclas açıq elan edilə bilməyib.
Paşinyanın bu vəziyyətə açıq narazılığı kadrlarda da görünüb. O, əsəbiləşərək Simonyana irad bildirib və məsuliyyətsizlikdən narazılığını gizlətməyib.

Nəticədə, lazımi sayda deputatın toplanmaması səbəbindən iclas 20 dəqiqəlik fasilə ilə təxirə salınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin