Saakaşvili xəstəxanadan ÇIXDI

Hazırda oxunan: Saakaşvili xəstəxanadan ÇIXDI

580263

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisidə müalicə olunduğu “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata əsasən, Saakaşvilinin vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün onun stasionar müalicəyə ehtiyacı artıq yoxdur.

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan qayıdandan sonra Gürcüstanda saxlanılıb. Oradan süd məhsulları daşıyan yük maşınında gizlənərək bərə ilə qayıdıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu Tbilisidə saxlayıblar.
 

Saakaşvilinin adı beş cinayət işində hallanır. Onlardan ikisində eks-prezident qiyabi olaraq altı il, ictimai mənimsəmə işi üzrə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.


 Martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Yeni cəzadan sonra Saakaşvili 2030-cu ilə qədər cəzasını çəkməli olacaq.

Hazırda Tbilisi Şəhər Məhkəməsi ona qarşı iki işə baxır: biri 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması ilə bağlı, digəri isə sərhədi qanunsuz keçmə ilə bağlı. Sonuncu üçün onu 3 ildən 5 ilə qədər həbs gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin