Türkiyənin "Pegasus" və Ermənistanın "FlyOne" aviaşirkətləri fevralın 2-dən İstanbul-İrəvan marşrutu üzrə qarşılıqlı uçuşlara başlayacaq.
Bizim.Media xəbər verir ki, "Pegasus" İstanbuldan bazar ertəsi, cümə axşamı və şənbə günləri, İrəvandan isə çərşənbə axşamı, cümə və bazar günləri uçuşlar həyata keçirəcək.
MÖVZU İLƏ BAĞLI:
İstanbul-İrəvan marşrutu üzrə uçuşların cədvəli açıqlandı
İstanbul-İrəvan marşrutu üzrə biletlərin qiyməti 69,99 avrodan, əks istiqamətə isə 59,99 avro olacaq.
Ermənistan aviaşirkəti isə öz növbəsində bazar ertəsi, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək.
Biletlərin qiyməti 39 avrodan başlayır.
Bizim.Media