Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq – FOTO

Hazırda oxunan: Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq – FOTO

580239

Azərbaycan-Gürcüstan sərhədində türk hərbi yük təyyarəsinin qəzası nəticəsində şəhid olmuş hərbçilərin nəşi vətənlərinə çatdırılacaq.
 

MÖVZU İLƏ BAĞLI: 

Şəhid olan ekipaj üzvlərinin FOTOLARI


Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran X sosial şəbəkəsində yazıb.

O bildirib ki, həlak olmuş hərbçilərin cəsədləri A-400M təyyarəsi ilə gətiriləcək. Həmin təyyarə ilə Gürcüstana türk axtarış-xilasetmə və texniki dəstək qrupu səfər edib.
 

Duran, həmçinin gürcü tərəfinin qəzanın ilk dəqiqələrindən bütün imkanlarını səfərbər etdiyini, operativ şəkildə reaksiya verdiyini və axtarış-xilasetmə işlərinə dəstək göstərdiyini qeyd edib.


O əlavə edib ki, axtarış-xilasetmə işləri və qəzanın nəticələrinin aradan qaldırılması davam edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin