Ərdoğan: “Təyyarə qəzasında şəhid olan 19 nəfərin cəsədi tapılıb, birinin axtarışı davam edir”

Hazırda oxunan: Ərdoğan: “Təyyarə qəzasında şəhid olan 19 nəfərin cəsədi tapılıb, birinin axtarışı davam edir”

580223

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin “qara qutusu” tapılıb və onun araşdırılmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə Ankaradakı çıxışı zamanı bildirib.

“Hadisə barədə məlumat daxil olan kimi milli müdafiə naziri, eləcə də daxili işlər və xarici işlər nazirlərimiz müvafiq tərəflərlə əlaqə saxladılar. Axtarış-xilasetmə işlərinə dərhal başlanıldı.
 

Gürcüstan hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dərhal pilotsuz uçuş aparatlarımız axtarışlara cəlb edildi. Həmin axşam təyyarənin qalıqlarının tapıldığı barədə məlumat aldıq.


Qalıqların tapıldığı ərazi mühasirəyə alınıb. Təyyarəmizin qara qutusu tapılıb və onun öyrənilməsinə başlanılıb,”

O, həmçinin qeyd edib ki, 19 nəfərin cəsədi tapılıb, sonuncu həlak olanın cəsədi isə hələ də axtarılır. (Mənbə: TASS)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin