Trampın oğlu Ermənistana səfərini ləğv etdi

Hazırda oxunan: Trampın oğlu Ermənistana səfərini ləğv etdi

580142

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana planlaşdırılan səfərini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, kiçik Trampın bu gün noyabrın 12-də İrəvana səfəri nəzərdə tutulurdu.

Lakin səfər ərəfəsində ABŞ-da jurnalist Taker Karlsonun efirə getmiş verilişi və həmin proqramda səslənən iddialar geniş rezonans doğurub.
 

Verilişdə “Tashir Capital” şirkətinin baş direktoru Narek Karapetyan Ermənistan hakimiyyətinin erməni kilsəsinə qarşı hücumları barədə danışıb.


“Hraparak”ın yazdığına görə, kiçik Tramp bu məlumatlardan sonra Ermənistan rəhbərliyi ilə görüşməkdən və ümumilikdə səfərdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin