C-130 QƏZASI: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

Hazırda oxunan: C-130 QƏZASI: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü

580137

“Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasını texniki amillərlə izah etmək mümkündür. Ancaq bölgədə hərbi təyyarələrin və helikopterlərin artan qəzaları heç də hər zaman texniki nasazlıqla əlaqəli olmur”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Gəncədən qalxan və Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi barədə sosial şəbəkədə yazıb.

“Digər tərəfdən müxtəlif ekspertlərin Amerika istehsalı hərbi karqo təyyarəsinin etibarlılığı barədə mülahizələri də suallar yaradır. Peşəkar pilotların idarə etdiyi etibarlı təyyarənin qəzaya uğraması detallı araşdırma tələb edəcək.
 

Havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqənin kəsilməsi və radar siqnalının itməsi istər-istəməz 2019-cu ildə Xəzər üzərində qəzaya uğrayan Azərbaycan hərbi təyyarəsi olayını xatırladır.


Həmin olayda da Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdi”, - politoloq vurğulayıb.

Qeyd edək ki, Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin