İran prezidenti: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil” – VİDEO

Hazırda oxunan: İran prezidenti: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil” – VİDEO

580131

Dünən İran prezidenti Məsud Pezeşkian parlamentin plenar iclasında hökumətin xalqın sosial və iqtisadi problemlərinin həllinə yönəlik prioritetlərini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Khabar Online” nəşri yayıb.

Prezident bildirib ki, İran parlamenti hər həftə bir gününü insanların problemlərinə həsr etməyə çalışır:
 

“Xalq ac olanda biz idarə edə bilmərik. Bu ilin büdcəsi belə qurulmalıdır ki, insanların güzəranı əsas prioritet olsun. Əgər xalqın dolanışığını təmin etməsək, nə qədər şeyə sahib olsaq da, hər şey mənasız görünəcək”.


Pezeşkian, habelə, İranın zəif qalmasına imkan verməyəcəyini və milli birlik ilə ölkənin problemlərini həll etməyə çalışacağını qeyd edib.

O, xalqın problemlərini yalnız həmrəylik ilə həll edə biləcəklərinə inandığını vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin