İranda koronavirus sutkada 177 nəfərin ölümünə səbəb oldu

Hazırda oxunan: İranda koronavirus sutkada 177 nəfərin ölümünə səbəb oldu

5800

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bizim.Media xəbər verir ki, S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 53 625 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 312 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 158 384 nəfərə çatıb. Virus daşıyıcılarından 5 563 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 885 054 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,04 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin