Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Hazırda oxunan: Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

579945

Moskvada cəmi 6 kvadratmetr olan otaq satışa çıxarılıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, otaq “Paveletskaya” metrostansiyasının yaxınlığındakı kərpicdən tikilmiş binanın birinci mərtəbəsində beşotaqlı mənzildə yerləşir.

Əşyalıdır və yaşayış üçün hazırdır. Qiyməti 3,5 milyon rubl (73 min 248 manat).

Ölçülərinə görə ikinci yerdə Nijni Novqorodda 7,3 kvadratmetr sahəsi olan birotaqlı ev durur.
 

Dördotaqlı mənzildə yerləşən ev təxminən 700.000 rubla satılır (14 min 649 manat). Sahiblər iddia edirlər ki, kosmetik təmir işləri bu yaxınlarda başa çatıb.


Üçüncü yeri Leninqrad vilayətinin Şpankovo kəndindəki bir otaq tutur - 8 kvadratmetrdir.

Əmlak 630.000 rubla (13 min 184 manat) başa gəlib. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin