Paşinyan revanşistləri İFŞA ETDİ – Köçəryan və Sarkisyan hansı planı HAZIRLAMIŞDI?

Hazırda oxunan: Paşinyan revanşistləri İFŞA ETDİ – Köçəryan və Sarkisyan hansı planı HAZIRLAMIŞDI?

579807

“R.K. (Robert Köçəryan) və S.S.-in (Serj Sarkisyan) son bəyanatları bir daha sübut edir ki, Qarabağ məsələsi bəlli qüvvələrin əlində Ermənistan Respublikasını “ən yaxın ağaca bağlamaq üçün” bir cilov idi. Xalqların hüquqları, tarixi ədalət kimi anlayışlar isə əsas məqsədi gizlədən pərdə idi”.

Bizim.Media xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bütün danışıqlar prosesi və təkliflər bu cilovun qısaldılması ilə bağlı idi:

“İlin sonunadək həmin danışıqlar sənədləri dərc olunacaq və hər şey daha aydın görünəcək. 

“Müharibəni dayandırmaq” barədə bütün təkliflər də həmin cilovun qısaldılması məqsədi daşıyırdı (bu mövzuya mən dəfələrlə ictimai şəkildə toxunmuşam). Bu prosesin son məqsədi Ermənistanın dövlətçiliyinə son qoymaq idi. Həmin ssenariyə görə Qarabağ münaqişəsi yalnız və yalnız Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnməli idi”.

Baş nazir qeyd edib ki, Ermənistan Respublikası ancaq itki verərək bu ssenaridən çıxa bildi:

“R.K. və S.S. bizi həmin ssenariyə qayıtmağa çağırırlar. O ssenari isə “Lenin, partiya, Qorbaçov” şüarı altında, çox güman ki, KQB-nin kurasiyasında hazırlanmış və həyata keçirilmişdi. İndi isə onların özlərinin imkanları sıfıra bərabər olduğuna görə, köhnə KQB işçilərinin nəzarəti altında “kiçik lenin-partiya-qorbaçovçular” qrupunu formalaşdırmağa çalışırlar”.

Paşinyan bildirib ki, Qarabağdan gələn ermənilər hökumətin dəstəyi ilə Ermənistan Respublikasında məskunlaşmalıdır:

“Bu, genişmiqyaslı, çətin və böyük resurs tələb edən bir proqramdır, lakin biz onu həyata keçirməyə davam edəcəyik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin