Azərbaycanlı kriminal avtoritetin qətl sifarişinə görə daha 2 nəfər TUTULDU

Hazırda oxunan: Azərbaycanlı kriminal avtoritetin qətl sifarişinə görə daha 2 nəfər TUTULDU

579675

Gürcüstanın Kvemo Kartli bölgəsində adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə əlaqədar daha iki nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
 

İstintaqla müəyyən edilib ki, bu ilin oktyabr ayında kriminal avtoritet Elmuraz Məmmədov “oğru dünyası” adından Qardabaninin kəndlərindən birində yaşayan S.A. adlı fermerlə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq ondan 200 min ABŞ dolları tələb edib və ona üç gün möhlət verib, əks halda ailə üzvlərinin həyatlarına son qoyacağı ilə hədələyib.


Üçgünlük müddətin başa çatmasından sonra həmin kənddə avtomobili ilə hərəkət edən S.A.-nın oğluna naməlum şəxslər atəş açıblar, nəticədə xəsarət alan olmayıb.

Cinayətdə iştirak edən daha bir nəfər axtarışa verilib.

Qeyd edək ki, ötən gün Marneulidə də Elmuraz Məmmədovla əlaqəli iki nəfər saxlanılıb. Həmin şəxslər Məmmədova 50 min ABŞ dolları köçürməkdən imtina edən iş adamına məxsus avtomobil ehtiyat hissələri mağazasının fasadına atəş açıblar.
 

Bundan başqa, iki gün öncə Qabal kəndində Məmmədova 200 min ABŞ dolları ödəməkdən imtina edən şəxsi qətlə yetirmək sifarişi almış, lakin onu yerinə yetirə bilməmiş 18 yaşlı gənc saxlanılıb.


Xaricdə olan Elmuraz Məmmədov İnterpolun “qırmızı xətti” ilə axtarışdadır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin