Türkiyə milyon dron qaldırdı - Yunanıstan həyəcan siqnalı verdi

Hazırda oxunan: Türkiyə milyon dron qaldırdı - Yunanıstan həyəcan siqnalı verdi

578450

Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, Türkiyə “bir milyondan çox pilotsuz uçuş aparatı (PUA)” yerləşdirib.

Bizim.Media xəbər verir ki, nazir bunu “bütün Şərqi Aralıq dənizi üçün təhlükə siqnalı” adlandırıb.
 

Ekspertlərin fikrincə, bu ifadə simvolikdir — Dendias real saydan yox, Türkiyənin dron texnologiyalarını kütləvi şəkildə tətbiq etməsindən danışıb.


Türkiyə bu gün dünyada PUA istehsalında liderlərdəndir — Bayraktar TB2 və Akıncı kimi sistemlər onun müdafiə strategiyasının əsas hissəsinə çevrilib.
 

Yunanıstan isə cavab olaraq radioelektron mübarizə və dron əleyhinə “Cantabros” sistemi qurur, F-35 və Rafale təyyarələri alır.


Mütəxəssislər bildirir ki, Ankara və Afina arasında bu texnoloji yarış artıq yeni tip müharibənin — algoritmlər və siqnallar döyüşünün başlanğıcıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin