“Thodex”in qurucusunun həbsxanada meyiti TAPILDI

Hazırda oxunan: “Thodex”in qurucusunun həbsxanada meyiti TAPILDI

578362

Türkiyənin “Thodex” kriptobirjasının qurucusu Faruk Fatih Özer dünyasını dəyişib..

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Özer təkadamlıq həbs kamerasının hamamında asılmış vəziyyətdə ölü tapılıb.
 

Xatırladaq ki, Özer İstanbul məhkəməsi tərəfindən 11 min 196 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Məhkəmə onu və iki qohumunu dələduzluqda, cinayətkar təşkilata rəhbərlikdə və çirkli pulların yuyulmasında təqsirli bilib.

İstintaq məlumatlarına görə, “Thodex” birjasının çöküşü nəticəsində investorların dəymiş ziyanın ümumi məbləği hələ tam müəyyən edilməyib.
 

Prokurorun ittiham aktında bu məbləğ 356 milyon lirə (təxminən 13 milyon dollar) göstərilsə də, Türkiyə mediası ziyanın 2 milyard dollara çata biləcəyini yazır.


Özer uzun sürən məhkəmə prosesindən sonra 2023-cü ilin əvvəlində Albaniyadan Türkiyəyə ekstradisiya olunmuşdu.

O, iyul ayında keçirilən məhkəmə iclasında özünü günahsız hesab etdiyini bildirmişdi.
 

Qeyd edək ki, Thodex 2017-ci ildə yaradılmış türk kriptovalyuta birjasıdır.


2021-ci ilin aprelində Özer qəfil ölkəni tərk etdikdən sonra platforma fəaliyyətini dayandırmış, bundan sonra 2 mindən çox müştəri birjanı milyonlarla dolların mənimsənilməsində və dələduzluqda ittiham edərək məhkəməyə müraciət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin