Təbrizdə təyyarə aeroport binasına ÇIRPILDI – FOTO

Hazırda oxunan: Təbrizdə təyyarə aeroport binasına ÇIRPILDI – FOTO

578351

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin beynəlxalq hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq aerportun yan binalarından birinə çırpılıb.

Bizim.Media İSNA-ya istinadən xəbər verir ki, bu barədə Təbriz hava limanının ictimaiyyətlə əlaqələr departamentinin məsul şəxsi Hadi Nejati bildirib.

Onun sözlərinə görə, hadisə zamanı pilot xəsarət almayıb:
 

"Qəzanın dəqiq səbəbi hələ də məlum deyil və Mülki Aviasiya Təşkilatının ekspertləri bu məsələ ilə bağlı araşdırmaları davam etdirirlər".


H.Nejati "Şahin Bal Aseman" şirkətinə məxsus yüngül mühərrikli təyyarnin gövdəsinin isə ciddi zədələndiyini bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin