Rusiyanın Mavriki Respublikasındakı səfiri İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd edək ki, Putin İradə Zeynalovanı 2024-cü il sentyabrın 13-də Rusiyanın Mavriki Respublikasındakı səfiri təyin edib. Bundan sonra o, jurnalist karyerasını başa vurduğunu bəyan edib.
Məlumat üçün bildirək ki, İradə Zeynalova 1997-ci ildə “Rossiya” telekanalının “Vesti nedeli” proqramı üçün reportajlar hazırlayaraq televiziya karyerasına başlayıb. 2003-cü ildən etibarən isə “Birinci kanal”da çalışıb.
2012–2016-cı illərdə Zeynalova “Birinci kanal”da “Voskresnoye vremya” adlı yekun xəbər proqramını aparıb. 2016-cı ilin payızında isə o, NTV-yə keçərək burada da yekun xəbər buraxılışına rəhbərlik edib.
Bizim.Media
































































































