Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda çıxışı zamanı TRIPP layihəsinə (Zəngəzur dəhlizi – red.) toxunaraq, onun Ermənistan və Azərbaycan üçün həyata keçirilməsinin vacibliyini qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı ayzıb.
“Regional kommunikasiya o deməkdir ki, biz — yəni həm Ermənistan, həm də Azərbaycan — bir-birimizin ərazisindən daxili, ikitərəfli və beynəlxalq nəqliyyat əlaqələri üçün istifadə edə biləcəyik. Bu isə o deməkdir ki, bizim ərazimiz vasitəsilə beynəlxalq tranzit üçün yeni bir yol açılacaq,” — deyə Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, hazırda dünya təchizat zənciri böhranı yaşayır və bu layihə vəziyyəti həm beynəlxalq ticarət, həm də region üçün köklü şəkildə dəyişə bilər.
Paşinyanın sözlərinə görə, layihə çərçivəsində Fars körfəzi və Oman körfəzindən Qara dənizə, həmçinin Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni əlaqə kanalları açılacaq və bu, Ermənistan üçün də yeni imkanlar yaradacaq.
Ermənistanda keçiriləcək parlament seçkilərinə də toxunan Paşinyan qeyd edib ki, bu hadisə ölkə üçün mühüm siyasi əhəmiyyət daşıyır və sülh prosesinin davamı baxımından da önəmlidir.
Bizim.Media

- A-
- A
- A+
Region
11:03 / 30.10.2025
Paşinyan: “Zəngəzur dəhlizi Ermənistana yeni imkanlar yaradacaq”
Hazırda oxunan: Paşinyan: “Zəngəzur dəhlizi Ermənistana yeni imkanlar yaradacaq”
Hazırda oxunan: Paşinyan: “Zəngəzur dəhlizi Ermənistana yeni imkanlar yaradacaq”
577976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































