Ermənistanın baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan bildirib ki, Ermənistan və Azərbaycan arasında bütün istiqamətlər üzrə intensiv təmaslar aparılır və o, danışıqların tempini “pis hesab etmir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.
Onun sözlərinə görə, hazırda sərhədlərin demarkasiyası, xarici siyasət məsələləri və təhlükəsizliklə bağlı mövzular müzakirə olunur.
Arutyunyan qeyd edib ki, danışıqların nəticələri tədricən ictimaiyyətə açıqlanır:
“Məsələn, Azərbaycanın erməni yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırması kimi addımlar buna misaldır”.
Aparat rəhbəri əlavə edib ki, danışıqların əsas məqsədi sülh müqaviləsinin imzalanmasıdır.
Bizim.Media






























































































