Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik Ermənistanın baş naziri Nikol Paşinyanın hərəkətlərini təkrarlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Belə ki, çex rəsmisi sosial şəbəkədə "Reincarnation" qrupunun mahnısının sədaları altında Paşinyanın məşhur "ürəyini" və gülümsəməsini göstərən video yerləşdirib.
Bildirilir ki, səfir burada Paşinyanın hərəkətlərini təqlid edərək, ona dəstək olub.

Bizim.Media





























































































