Qazaxıstan artıq ikinci aydır ki, sərhəddən Rusiyanın 10 minədək yük maşınını buraxmır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baza nəşri yazıb.
Mənbə qeyd edir ki, bu maşınlar yüklərin gömrük bəyannamələrinə uyğunluğunun yoxlanılması səbəbindən sərhəddə dayanıb.
Yəni Qazaxıstan gömrük orqanları Rusiya mənşəli malların sənədlərdə göstərilən məlumatlara tam uyğun olub-olmadığını ciddi şəkildə yoxlayır.
Ekspertlərin fikrincə, bu vəziyyət Rusiya şirkətləri üçün milyonlarla rubl həcmində zərərə səbəb olacaq.
Mənbələr qeyd edir ki, yaranmış vəziyyət təkcə logistika sistemini deyil, həm də Rusiya-Qazaxıstan ticarət münasibətlərini çətinləşdirir.
Malların sərhəddə yığılması nəqliyyat xərclərini artırır, müqavilələrin yerinə yetirilməsini gecikdirir və şirkətləri əlavə cərimələrlə üz-üzə qoyur.
Hazırda tərəflər arasında bu problemin diplomatik və texniki yollarla həlli istiqamətində danışıqların aparıldığı bildirilir.
Bizim.Media































































































