Paşinyan Britaniya səfiri ilə Azərbaycanla münasibətlərin normallaşdırılmasını müzakirə etdi

Hazırda oxunan: Paşinyan Britaniya səfiri ilə Azərbaycanla münasibətlərin normallaşdırılmasını müzakirə etdi

577723

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Böyük Britaniyanın yeni təyin olunmuş səfiri Koulu qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
 

Görüşdə ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, eləcə də digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.


Görüş zamanı ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olunması, eləcə də regional kommunikasiya xətlərinin açılmasına yönəlmiş addımlar qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin