Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının əksər əməkdaşları hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi təşəbbüsünə qəti şəkildə qarşı çıxır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti mənbələrinə istinadən yayıb.
Məlumata görə, təcrübəli hərbçilər hökumətin “artıq müharibə olmayacaq” arqumentini əsassız hesab edir və sərhəd təhlükəsizliyi məsələlərinə əvvəlki meyarlarla yanaşmağın doğru olmadığını düşünürlər.
Baş Qərargahda hesab edirlər ki, “sülh yalnız güc yolu ilə təmin oluna bilər” və təqdim olunan hərbi xidmət islahatı layihəsi ciddi hesablamalarla əsaslandırılmayıb.
“Buna baxmayaraq, hakimiyyət geri çəkilmir: mütəxəssislərin fikirləri nəzərə alınmır, çünki hər şey seçki maraqlarına tabe edilib. Generallar isə açıq şəkildə etiraz etməyə cəsarət etmirlər,” – deyə nəşr yazır.
Xatırladaq ki, oktyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, hərbi xidmətin müddətinin iki ildən bir il yarıma endirilməsi barədə qanun layihəsi qəbul olunarsa, o, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Bizim.Media

- A-
- A
- A+
Region
13:04 / 28.10.2025
Ermənistanda hərbçilər Paşinyanın təşəbbüsünə QARŞI ÇIXDI
Hazırda oxunan: Ermənistanda hərbçilər Paşinyanın təşəbbüsünə QARŞI ÇIXDI
Hazırda oxunan: Ermənistanda hərbçilər Paşinyanın təşəbbüsünə QARŞI ÇIXDI
577622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































