Nikol Paşinyanın komandasında belə şübhə yaranıb ki, baş nazir növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.
Məlumata görə, baş nazirin tərəfdarları üçün seçkilərə cəmi 8 ay qalmış — 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan növbəti seçkilər ərəfəsində — seçki qərargahının rəhbəri və təşviqat üzrə müavininin təyin olunması gözlənilməz addım olub.
Paşinyanın bu tələskənliyi onun komandasında bir çoxlarına liderin növbədənkənar seçkilərə hazırlaşdığı təəssüratını yaradıb.
Mənbəyə görə, bu dəfə seçki qərargahına müdafiə naziri Suren Papikyan deyil, baş nazirin aparat rəhbəri Araik Arutyunyanın rəhbərlik etməsi də onun Paşinyana sədaqəti ilə izah olunur.
Qəzet qeyd edir ki, Arutyunyanın zəif təşkilatçılıq qabiliyyəti belə onun bu vəzifəyə təyin olunmasına mane olmayıb.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçirilməlidir.
Bizim.Media

- A-
- A
- A+
Region
11:06 / 28.10.2025
Ermənistanda parlament seçkiləri növbədənkənar keçiriləcək? – İDDİA
Hazırda oxunan: Ermənistanda parlament seçkiləri növbədənkənar keçiriləcək? – İDDİA
Hazırda oxunan: Ermənistanda parlament seçkiləri növbədənkənar keçiriləcək? – İDDİA
577598
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































