İşxan Verdyan: Daşnaklar və “Qarabağ klanı”nın başçıları Azərbaycan xalqı qarşısında cavab verməlidir

Hazırda oxunan: İşxan Verdyan: Daşnaklar və “Qarabağ klanı”nın başçıları Azərbaycan xalqı qarşısında cavab verməlidir

577421

Daşnaklar və “Qarabağ klanı”nın başçıları gördükləri işlərə görə Azərbaycan xalqı qarşısında cavab verməlidir.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni mülki fəal və bloger İşxan Verdyan Telegram kanalında yazıb.
 

“Mən azərbaycanlıları yaxşı tanıyıram və baş verənlərlə bağlı onların hisslərini və düşüncələrini bilirəm. Həmçinin o ailələri — şəhid ailələrini də tanıyıram. Onlar bu düşmənçilik səbəbindən həyatlarının ən dəyərli şeyini itiriblər.


Eyni zamanda, mən azərbaycanlıların insanlara məhəbbətinə, onların səmimiyyətinə və həqiqi sülh əldə etmək istəklərinə inanıram.

Mən azərbaycanlılara xatırladıram ki, əsrlər boyu xalqlarımız birlikdə yaşamışdır. Bakıdan, Gəncədən və Azərbaycanın digər şəhərlərindən olan insanlar hələ də deyirlər ki, ermənilər onlarla birlikdə yaşayıb və bu barədə müsbət xatirələrini danışırlar.

Deməli, iki xalqın sülhə əsaslanan yanaşı yaşaması mümkündür və bu amil tarixi faktlarla təsdiqlənir. Lakin bu gün xalqların yaxınlaşmasına əngəl törədən və bütün münaqişənin başlanğıcını qoyan daşnaklardır. Onlar 1987-ci ildə bölgəyə gəlib hər şeyi korlayıblar və hələ də korlayırlar.

Buna görə mən təklif edirəm ki, daşnaklar etdiklərinə görə Azərbaycan xalqı qarşısında cavab versinlər. “Qarabağ klanı”nın hər bir başçısı və onların həmrəy olduğu şəxslər də Azərbaycan dövlətinin qərar verdiyi yerdə cəza almalıdırlar.

Daha əminliklə deyirəm ki, bu, qaçılmaz şəkildə həyata keçiriləcək. Yeni Ermənistanda faşist ideologiyasını yaymaqla etnik münaqişəni qızışdıran şəxslərə yer olmamalıdır.

Mən əminəm ki, hər şey yaxşı olacaq. Sülh qaçılmazdır, dürüst sülh”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin