Paşinyan: “Eçmiədzini azad etməyin vaxtı çatıb”

Hazırda oxunan: Paşinyan: “Eçmiədzini azad etməyin vaxtı çatıb”

577262

Ermənistan hakimiyyəti ilə Ermənistan Apostol Kilsəsi (EAK) arasında qarşıdurma yeni mərhələyə qədəm qoyub. Bu gün Ovanavank monastırında keşişlik rütbəsindən məhrum edilmiş, lakin baş nazir Nikol Paşinyanın açıq dəstəyini qazanmış Stepan Asatryan ibadət mərasimi keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Səhər tezdən yayımlanan videomüraciətində Paşinyan “Eçmiədzini azad etməyin vaxtı çatıb” deyib və Ovanavankdakı liturgiyanı bu prosesin başlanğıcının simvolu adlandırıb.

“Birinci Taxt Eçmiədzinin azad olunması məsələsi çoxdan yetişib. Bu gün Ovanavankda keçirilən liturgiya, Birinci Taxt Eçmiədzinin azad edilməsinin praktiki mərhələsinin başlanğıcını simvolizə edəcək. Hər birimiz, o cümlədən EAK ruhaniləri də seçim etməliyik,” — deyə Paşinyan bildirib.
 

O, hazırkı Katolikosu və kilsə rəhbərliyini müqəddəs məbədi murdarlığın zəncirinə salmaqda və korrupsiyada ittiham edib.


Eçmiədzin tərəfi isə hakimiyyətin bu addımlarını Kilsədə parçalanma yaratmaq cəhdi kimi qiymətləndirib.

Monastır ətrafında artan gərginlik fonunda polis qüvvələri gücləndirilib, Aragatson vilayətinin onlarca ruhani nümayəndəsi isə İstintaq Komitəsinə dindirilməyə çağırılıb.

Qeyd edək ki, Ovanavank monastırının keçmiş keşişi Aram Asatryan (hazırda Stepan deyə çağırılır) bütün ermənilərin Katolikosu II Qareginin qərarı ilə ruhani rütbəsindən məhrum edilib. Bu qərar onun 2021-ci ildə İctimai Televiziyada verdiyi açıqlamalardan sonra qəbul olunub. Həmin açıqlamalarda o bildirmişdi ki, din xadimləri müxalifət mitinqlərində iştirak etməyə məcbur ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin