Rusiya Kiyevə 6 ballistik raket atdı: Yaralılar var – FOTO

Hazırda oxunan: Rusiya Kiyevə 6 ballistik raket atdı: Yaralılar var – FOTO

576542

Kiyevdə partlayışlar baş verib, şəhər ballistik raket hücumu altındadır.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkədə yazıb.

“Qolosiyevski rayonunda partlayışdan sonra yanğın baş verib. Bütün xidmətlər hadisə yerinə cəlb olunub. Hava həyəcan siqnalı bitənədək sığınacaqlarda qalın!”, deyə o, əlavə edib.

KİV-in məlumatına görə, Kiyevdə artıq üç partlayış qeydə alınıb.

Peçersk rayonunda avtomobillər yanıb, binanın yaxınlığına raket qalıqları düşüb.

Qolosiyevski və Darnitski rayonlarında yanğınlar baş verib, təcili yardım çağırışları daxil olub.

Rusiya təxminən 6 ballistik raket buraxıb.

Kiyev meri saat 02:40 (22 oktyabr) etibarilə vəziyyətlə bağlı məlumat yayıb.
 

Dneprovski rayonunda da yaşayış binasının həyətinə raket qalıqları düşüb, yanğın və xəsarət qeydə alınmayıb. Həmin rayonda partlayış dalğası binanın pəncərələrini sındırıb, lakin alovlanma olmayıb.


Darnitski rayonunda isə tibbi yardım çağırışı edilən ünvanda dağıntı və xəsarət alan aşkarlanmayıb.

Rəsmi məlumata görə, Kiyevdə iki qadın yaralanıb və xəstəxanaya yerləşdirilib.

Darnitski rayonunda pilotsuz uçuş aparatının qalıqları yataqxananın damına düşüb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin