Ermənistanda daha 2 keşiş tutuldu – SAYI 8 OLDU

Hazırda oxunan: Ermənistanda daha 2 keşiş tutuldu – SAYI 8 OLDU

575427

Ermənistanın İstintaq Komitəsi daha iki din xadimini saxlayıb. Beləliklə, saxlanılan keşişlərin ümumi sayı səkkizə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Din xadimlərinin saxlanılmasına bu gün səhər saatlarından başlanılıb. Onların hansı ittihamlarla üzləşdiyi hələ məlum deyil.
 

Əvvəlcə Baş nazir Nikol Paşinyan kilsəyə qarşı hücumlarını kəskinləşdirib, sosial şəbəkələrdə təhqiramiz paylaşımlar edib və katolikos seçkilərini dövlətə tabe etmək təklifini irəli sürüb.


Bunun ardınca, Ermənistanda bir sıra yüksək rütbəli din xadimləri saxlanılıb, o cümlədən arxiyepiskoplar Bağrat Qalstanyan və Mikael Acapahyan, həmçinin kilsəni dəstəkləyən iş adamı Samvel Karapetyan. Onlar hakimiyyəti devirməyə cəhd etməkdə ittiham olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin