Ermənistan müxalifəti tətil elan etdi 

Hazırda oxunan: Ermənistan müxalifəti tətil elan etdi 

5746

"Həftənin ikinci günündən bütün ölkə üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.

O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb:

“Dekabrın 22-si saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.

Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin