Antalya Diplomatiya Forumu regional siyasət üçün həll platformasına çevrilir. Normallaşma danışıqlarının aparıldığı Ermənistan, Yunanıstan, Misir və İsrail yeni iştirakçılar ola bilər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “takvim.com.tr” saytında yerləşdirilib.
Mənbə qeyd edir ki, Foruma dünyanın hər yerindən, normallaşma danışıqlarının aparıldığı Ermənistandan, həmçinin Yunanıstan, Misir və İsraildən rəsmilər dəvət olunub.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu: “Paşinyanın Antalyaya gəlişindən məmnun olardıq”
Ermənistanın baş naziri Nikol Paşinyan da Ermənistanın böyük ehtimalla Türkiyədə keçiriləcək Antalya Diplomatik Forumunda iştirak edəcəyini açıqlayıb. Martın 11-13-də keçiriləcək forumda 50-yə yaxın yüksək səviyyəli qonağın gəlişinin təsdiqləndiyi bildirilir.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Erməni Vəqflər Birliyinin sədri Bedros Şirinoğlunu qəbul edib.
SABAH-a görüşlə bağlı məlumat verən Şirinoğlu Çankaya Köşkündə 45 dəqiqəlik qəbulun nəzakət ziyarəti olduğunu bildirib.
Şirinoğlu Ermənistanla Türkiyə arasında uçuşların fevral ayından başlayacağından məmnunluğunu ifadə edib.
O, "Biz münasibətlərin normallaşmasını və bunun iki xalqın qardaşlığının möhkəmlənməsinə yol açmasını səbirsizliklə gözləyirik" deyib.
Ermənistanın baş naziri Paşinyan Türkiyə ilə fürsətin əldən verilməsinin ağlabatan olmadığını bəyan etdikdən sonra vurğulayıb ki, Antalya Diplomatiya Forumu kritik bir missiyanı öz üzərinə götürüb, Türkiyə ilə fikir ayrılığı olan, münaqişədə gərginlik yaşayan bütün ölkələr üçün zəmin yaradıb.
Daha əvvəl Ankara-Afina danışıqlarının keçirildiyi Davosun nəticələrinə əsasən, ADF “Türkiyə Davosu” kimi xarakterizə olunur.
Bizim.Media