Azərbaycandan olan milyarderlər Rusiyada liderliyi qorudular – DETALLAR

Hazırda oxunan: Azərbaycandan olan milyarderlər Rusiyada liderliyi qorudular – DETALLAR

57377

Rusiyanın “Forbes” jurnalı 2021-ci ildə kommersiya daşınmaz əmlak əməliyyatlarından maksimum gəlir əldə edən biznes sahibləri də daxil olmaqla “Daşınmaz əmlakın kralları 2022” reytinqini tərtib edib. Digər fəaliyyətlərdən əldə olunan gəlirlər nəzərə alınmayıb.

Bizim.Media xəbər verir ki, siyahıya “Kiyevskaya ploşad” şirkətinə nəzarət edən azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyev başçılıq edir. Nəşrin məlumatına görə, 2021-ci il üçün şirkətin icarə gəliri 1,665 milyard dollar olub.
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya zamanı varlılar sərvətlərini ikiqat artırdı, yoxsullar daha da yoxsullaşdı – HESABAT


Şirkətin kommersiya daşınmaz əmlakının ümumi sahəsi 3,9 milyon kvadratmetrə qədər artıb.

Siyahıda ikinci yeri biznesmen Samvel Karapetyanın “Taşir” qrupu tutub. Şirkətin icarə gəliri 615 milyon dollara çatıb.

İlk üçlüyü 510 milyon dollar icarə gəliri ilə Mixail və Sait-Salam Quçeriyevlər (“Samfar” şirkəti) qapayır.

İlk 10-luğa həmçinin iş adamları Alexander Klyaçin (Gleden Invest Group), Ingka Centers (Mega brendi altında 14 mərkəzi inkişaf etdirir) və Enka qruplarının sahibi Valeri Mixaylov, Pavel Vaşçenko (Riverstretch Trading & Investments), Araz Ağalarov (Crocus Group), Aleksey və Yuri Xotin ("Kompleks İnvestisiyalar") və “Raven Property Group”un sahibləri daxil olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin