Erməni deputat Köçəryanın prezidentliyə namizədliyi HAQDA danışdı  

Hazırda oxunan: Erməni deputat Köçəryanın prezidentliyə namizədliyi HAQDA danışdı  

57266

Ermənistanın keçmiş prezidenti, “Ermənistan” müxalifət blokunun lideri Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu 5-ci kanalın efirində Köçəryanın fraksiyasından olan deputat Aqnes Xamoyan deyib.

Deputatın sözlərinə görə, hətta parlamentdə keçirilən brifinqlərdə də blokun nümayəndələri bu məsələ ilə bağlı müzakirələrin aparılmadığını, müvafiq olaraq qərarın verilmədiyini bildiriblər.

Lakin sonradan bəzi KİV-lər manipulyasiya xarakterli başlıqlarla nəşrlər dərc etdilər, sonda məlum oldu ki, guya “Ermənistan” bloku Köçəryanın namizədliyini istisna etməyib. 
“Mövzu həddindən artıq şişirdildiyi üçün deyəcəm ki, Robert Köçəryan prezidentliyə namizəd olmayacaq”, - Xamoyan bildirib.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Sarkisyan istefa verdiyini açıqlamışdı. Yeni dövlət başçısı parlament tərəfindən seçilməlidir. Prezidentin son gedişindən sonra namizədlərin irəli sürülməsi üçün 5 gün vaxt var ki, bu da istefanın elanından yeddi gün sonra baş verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin