Nairi Sarkisyan Ermənistan baş nazirinin köməkçisi vəzifəsindən azad edilib.
Bizim.Media Armeniatoday nəşrinə istinadən xəbər verir ki, müvafiq qərarı çərşənbə günü, yanvarın 26-da baş nazir Nikol Paşinyan imzalayıb.
Qeyd edək ki, Sarkisyan 2018-ci il iyunun 1-də hökumət başçısının köməkçisi vəzifəsinə təyin edilib.
Son anda alınan məlumata görə, Arayik Arutyunyan baş nazir aparatının rəhbəri postunu tərk edərsə, onun yerini Sarkisyan tutacaq. Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası Arutyunyanı ölkə prezidentliyinə real namizəd kimi görür.
Bizim.Media