Ermənistanın Milli Təhlükəsizlik Xidməti Ermənistan prezidenti seçilməzdən əvvəl Armen Sarkisyanın Sent Kitts və Nevis vətəndaşlığına malik olub-olmadığını yoxlayacaq.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ölkənin Baş Prokurorluğu yayıb.
Qurum Milli Təhlükəsizlik Xidmətinə bu iş çərçivəsində Ermənistanın “Hetq” qəzetinin nəşrini yoxlamağı təklif edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda Sarkisyanın niyə indi istefa verdiyini anlamırlar: “Bu, sürpriz oldu”
Hetq.am bir gün əvvəl yazmışdı ki, Armen Sarkisyan ən azı prezident seçilənə qədər Karib hövzəsindəki Sent Kitts və Nevis dövlətinin vətəndaşlığına malik olub. Bu səbəbdən o, prezident seçilə bilməzdi.
Erməni KİV-ləri xatırladır ki, hələ 2021-ci il martın 30-da Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığa malik olması faktının gizlədilməsi ilə bağlı 53 hüquqşünasın hesabat təqdim etdiyi məlum olub.
Hesabata əsasən 2003-2012-ci illərdə Armen Sarkisyan ən azı 10 il Britaniya vətəndaşlığına sahib olub və 2018-ci ildə Ermənistan qanunlarından yan keçərək prezident seçilib. Konstitusiyaya görə, son altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.
Bizim.Media