Türkiyə Ermənistanın müxtəlif bölgələrinə təyyarə reysləri açmağı planlaşdırır.
Bizim.Media “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə prezidentinin administrasiyasında Ermənistanın müxtəlif bölgələrinə aviareyslərin açılması ilə bağlı müzakirələr aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə və Ermənistanı Moskvaya aparan SƏBƏB: Kremldə hansı plan qurulub?
Mənbə qeyd edir ki, müzakirələrdə Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunulub.
"İlk addım olaraq Ermənistanla hava əlaqələrinin açılması qərara alınıb. Bundan sonra digər bölgələrə uçuşlar məsələsi gündəmə gətiriləcək. Xüsusilə, Van ermənilər üçün turizm mərkəzinə çevrilə bilər. Eyni zamanda, ermənilərin böyük önəm verdiyi Qars yaxınlığındakı körpü və bəzi tarixi tikililərin bərpası nəzərdə tutulur. Erməni diasporunun təzyiqini azaltmaq üçün eyni zamanda ticarət əlaqələri də genişləndiriləcək”, - qəzet vurğulayıb.
Bizim.Media