Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində yerli sahibkarlarla mühacirlər arasında topdansatış bazasında münaqişə baş verib və bu zaman tərəflərdən biri silahdan istifadə edib.
Bizim.Media xəbər verir ki, bu haqda yerli “Kam 24” xəbər agentliyi vəziyyətlə tanış olan kamçatkalı sahibkarlardan birinə istinadən yazıb.
Mənbə qeyd edir ki, münaqişə Azərbaycandan olan mühacirlər arasında baş verib. Bir tərəfdən bazada işləyən sahibkarlar, digər tərəfdən Moskvadan gələn qonaqlar olub. Onlar sahibkarlardan külli miqdarda pul tələb ediblər.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da Yeni il şənliyində atışma: 3 ölü, 4 yaralı var
Qarşı tərəf isə pul ödəməkdən imtina edib. Nəticədə dava baş verib. Mühacirlər travmatik tapançadan atəş açıblar və bazanı tərk ediblər.
Hər iki tərəfdən qarşıdurma nəticəsində bir neçə nəfər ağır yaralanıb. Sosial şəbəkələr ölənlərin olduğunu yazır, lakin Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi agentliyə ölənlərin olmadığını bildirib.
“Sahibkarlar polisə müraciət edərək bildiriblər ki, Rusiyanın kriminal strukturlarına “daxil olan” mühacirlər zorakılıq hərəkətləri ilə hədələyərək onlardan himayə üçün 12 milyon rubldan çox pul qoparıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka ərazisi üzrə Cinayət Axtarış İdarəsinin əməkdaşları Milli Qvardiyanın yerli “Qeyzer” OMON qrupunun köməkliyi ilə Krılov küçəsində şübhəli bilinən şəxsləri saxlayıblar. Müəyyən edilib ki, münaqişə zamanı hər iki tərəf bədən xəsarətləri alıb”, - deyə polisdəki mənbə agentliyə bildirib.
Hadisəni törədən şəxslər barəsində cinayət işi başlanıb. Pul tələb edənləri 15 ilə qədər həbs gözləyir.
Bizim.Media