Sabiq müdafiə naziri həbsdə qaldı – MƏHKƏMƏ QƏRARI

Hazırda oxunan: Sabiq müdafiə naziri həbsdə qaldı – MƏHKƏMƏ QƏRARI

56871

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq. Müvafiq qərarı bu gün İrəvanın ümumi yurisdiksiya məhkəməsi qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə sabiq nazirin vəkili Sergey Ovanisyan məlumat verib.

"Məhkəmə vəsatətimizi təmin etməyib və David Tonoyanı həbsdə saxlamaq qərarına gəlib. Biz bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyik", - vəkil bildirib.

Məhkəmə qərarına əsasən, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan və iş üzrə bir neçə başqa təqsirləndirilən şəxs də həbsdə qalacaq.

2021-ci il sentyabrın 30-da İrəvandakı ümumi yurisdiksiya məhkəməsi Tonoyanın iki ay müddətinə həbs edilməsinə qərar verib. Onun ittiham olunduğu cinayət işi ölkənin Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının ordunun ehtiyacları üçün sursat alarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin