"Sarkisyan qaçmaq qərarına gəldi" - Respublika partiyasının sədr müavini istefa HAQDA

Hazırda oxunan: "Sarkisyan qaçmaq qərarına gəldi" - Respublika partiyasının sədr müavini istefa HAQDA

56790

Eks-prezident Armen Sarkisyan Ermənistana yeni xarici təhlükənin yaxınlaşdığını anladığı üçün vəzifəsini tərk etmək qərarına gəlib. 

Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, bu fikri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində yazıb.

"Bu hərəkəti ilə o, bütün hakimiyyəti konstitusiya islahatlarının süni gündəliyi vasitəsilə öz yumruğunda birləşdirən Nikola yol açır", - Aşotyan bildirib.

Xatırladaq ki, Armen Sarkisyan bəyanatında deyib ki, onun qərarı emosional deyil. O, istefasına əsas kimi müəyyən səlahiyyətlərinin, xarici və daxili proseslərə təsir vasitələrinin olmadığını  göstərib.

Qeyd edib ki, hər zaman konstitusiya islahatlarının tərəfdarı olub və faktiki olaraq hökumət artıq konstitusiya islahatları ilə bağlı komissiya yaradıb və prosesə başlayıb.

Sarkisyan ümid edir ki, konstitusiya dəyişiklikləri baş tutacaq və növbəti dövlət başçısı və prezident institutu daha balanslı və koordinasiyalı şəraitdə işləyə biləcək.

Prezidentin istefası bazar günü axşam rəsmi səhifəsində dərc olunan bəyanatından məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin