Ermənilər yolu bağladılar - Nazir və qubernatorla görüş tələb edirlər

Hazırda oxunan: Ermənilər yolu bağladılar - Nazir və qubernatorla görüş tələb edirlər

56768

Ermənistanın Ararat rayonunun Marmaraşen kəndinin sakinləri 44 nömrəli mikroavtobusun fəaliyyətini bərpa etmək tələbi ilə yolu bağlayıblar.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu marşrut fəaliyyətini dayandırsa, kənd nəqliyyatsız qalacaq.

Qəsəbə sakinləri ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın, eləcə də vilayətin qubernatoru Sedrak Tevonyanın onların yanına gəlməsini tələb edirlər.

Hazırda yol polisi etirazçılarla danışıqlar aparır və onları yolun açılması üçün razı salmağa çalışır.

Məsələ burasındadır ki, özəl şirkət tərəfindən marşrut xəttinin istismar müddəti başa çatdığından marşrut fəaliyyətini dayandırıb.

Ola bilsin ki, bununla bağlı tender keçirilsin, amma kəndin marşrut xəttinə daxil olub-olmayacağı məlum deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin